10:11

Bakıda fəaliyyət göstərməyən ət kombinatının ərazisində yanğın olub

Bakıda fəaliyyət göstərməyən ət kombinatının ərazisində yanğın olub

Lider.com.az istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Davud Aslan küçəsində yanğın qeydə alınması barədə xəbər daxil olub.

Bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə göndərilib.

Yanğınsöndürənlərin gördüyü operativ və təxirəsalınmaz tədbirlər nəticəsində işləməyən ət kombinatının həyətindəki plastik və taxta tullantılar yığılan sahədəki alovun ətrafa yayılmasına imkan verilməyərək qısa müddət ərzində söndürülüb.

Hadisə nəticəsində 1800 kvadratmetr sahəyə yığılan plastik və taxta materialların 500 kvadratmetrlik hissəsi yanıb.

Məhsulların qalan hissəsi isə yanğından qorunub və xəsarət alan yoxdur.

Xəbər lenti

    Çox oxunanlar