13:05

Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb

Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb

Lider.com.az istinadən bildirir ki, noyabrın 1-də səhər saatlarında Nizami rayonunun Davud Aslan küçəsində qeydə alınan yanğını işıqlandırarkən fiziki zorakılığa məruz qalan və peşə vəzifəsinin yerinə yetirilməsinə maneçilik törədilən medianın əməkdaşı ilə bağlı cinayət işi qaldırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya əsasən, araşdırmalar nəticəsində məlum olub ki, həmin obyektdə mühafizəçi vəzifəsini icra edən Heydər Sərdarov jurnalistə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və onun işləməsinə mane olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunazidd əməli törədən şəxs tutulub. Xəsarətlərin ağırlıq dərəcəsini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və istintaq tədbirləri davam etdirilir. Xatırladaq ki, ötən gecə Nizami rayonu ərazisində yerləşən taxta bazarındakı yanğın hadisəsini lentə almaq üçün ezam olunan media nümayəndəsi Sənan Bəhrəmli özünü obyektin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarovun hücumuna uğrayaraq xəsarət alıb və şirkətin texniki avadanlığına ziyan dəyib.

Xəbər lenti

    Çox oxunanlar