
Lider.com.az istinadən bildirir ki, Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisinə düşən hissəsində baş verib.
Hərəkətdə olan nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı divara çırpılıb və nəticədə sürücü hadisə yerində ölüb.
Hələlik həyatını itirən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.
Hadisənin baş verdiyi əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
