15:06

Gəncə şəhərində evdə 35 yaşlı kişinin meyiti aşkar edilib

Gəncə şəhərində evdə 35 yaşlı kişinin meyiti aşkar edilib

Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində yaşayış binalarının birində kişi meyiti tapılıb.

Hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü K.Nurəhmədlinin meyiti qonşusu və həm də dostu olan şəxsin evində aşkarlanıb və dərhal hadisə yerinə prokurorluq ilə polis əməkdaşları cəlb olunub.

Onun hansı səbəbdən həyatını itirdiyi hələlik bilinmir.

İlkin məlumata əsasən, K.Nurəhmədli dünən toy məclisində olub, axşam saatlarında isə sərxoş vəziyyətdə dostunun evinə gəlib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər lenti

    Çox oxunanlar