
Lider.com.az istinadən bildirir ki, paytaxtda ictimai yerdə qeyri-etik sözlər işlədən şəxs azadlıqdan məhrum edilib.
İnsident Səbail rayonundakı Dənizkənarı Milli Parkın ərazisində baş verib.
İmişli rayon sakini, 24 yaşlı Xəlil Behbudov (şərti adla) mobil telefonla ünsiyyət zamanı ucadan nalayiq ifadələr səsləndirib.
Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb və əməllərinə son qoymağı tələb etsələr də, o, hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni göstərişinə tabe olmayıb.
Bunun ardınca həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib və haqqında müvafiq sənədləşmə aparılıb.
X. Behbudov ilk dəfə belə bir hərəkətə yol verdiyini, gələcəkdə bu cür hallardan çəkinəcəyini bildirərək barəsində cərimə tətbiq olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.
