19:52

Ağstafada minik avtomobili iki yeniyetmə qızı vurub

Ağstafada minik avtomobili iki yeniyetmə qızı vurub

Lider.com.az istinadən bildirir ki, Ağstafa rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə yerli təhsil müəssisələrindən birinin ətrafında baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil 2010-cu il təvəllüdlü S.Əhmədova və digər 2010-cu il təvəllüdlü N.Qasımovanı vurub.

Zərərçəkən hər iki yeniyetmə tibb müəssisəsinə çatdırılıb və onların səhhətinin kafi qiymətləndirildiyi qeyd olunur.

İlkin məlumata görə, insident ehtiyatsızlıq səbəbindən yaranıb.

Dərhal hadisə yerinə polis əməkdaşları gəliblər.

Xəbər lenti

    Çox oxunanlar