21:41

Goranboy rayonunda “Ford Tranzit” markalı avtomobil piyadanı vuraraq öldürüb

Goranboy rayonunda “Ford Tranzit” markalı avtomobil piyadanı vuraraq öldürüb

Lider.com.az istinadən bildirir ki, Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda baş verən qəza zamanı, 1988-ci il təvəllüdlü Ş. Məmmədov idarə etdiyi “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən 1992-ci il təvəllüdlü A. Vəliyevi vurub.

Xəsarət alan piyada təcili xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq 34 yaşlı şəxsin hayatını xilas etmək qeyri-mümkün olub.

Mərhumun meyiti müayinə olunması üçün müvafiq qaydada təhvil verilib.

Hadisə ilə əlaqədar olaraq araşdırma işləri davam etdirilir.

Xəbər lenti

    Çox oxunanlar