23:45

Göygöldə bələdiyyə mühasibi iş otağında ölü tapılıb

Göygöldə bələdiyyə mühasibi iş otağında ölü tapılıb

Lider.com.az istinadən bildirir ki, Göygöl rayonunun Çaykənd kənd bələdiyyəsinin mühasibi iş otağında ölü vəziyyətdə aşkarlanıb.

1961-ci il təvəllüdlü S. Orucovun meyiti tapıldıqdan dərhal sonra prokurorluq və polis əməkdaşları hadisə yerinə cəlb olunublar.

İlkin ehtimallara görə, S. Orucov ürək tutmasından daxil olaraq dünyasını dəyişib.

Mərhumun cəsədi müvafiq müayinələrin aparılması məqsədilə aidiyyəti üzrə təhvil verilib.

Hazırda baş verən faktla əlaqədar olaraq araşdırma işləri davam etdirilir.

Xəbər lenti

    Çox oxunanlar