10:38

Beyləqan rayonunda elektrik cərəyanı ustanın ölümünə səbəb olub

Beyləqan rayonunda elektrik cərəyanı ustanın ölümünə səbəb olub

Lider.com.az istinadən bildirir ki, Beyləqan rayonunda yerləşən yarımqapalı tikilidə usta kimi fəaliyyət göstərən şəxs ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması səbəbindən həyatını itirib.

Hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində qeydə alınıb.

Birinci Şahsevən kəndinin sakini, 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni işlədiyi yerdə cərəyan vurub.

Zərərçəkən tibb müəssisəsinə çatdırılma zamanı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

    Çox oxunanlar