
Lider.com.az istinadən bildirir ki, Mingəçevir şəhərində kəsici alətin tətbiqi ilə nəticələnən insident qeydə alınıb.
Hadisə şəhərdə fəaliyyət göstərən iaşə obyektlərindən birinin qarşısında baş verib.
Müəyyən edilib ki, 18 yaşlı Fuad Cəfərli hesab səbəbindən yaranan qarşıdurma zəminində obyektin sahibi, 40 yaşlı Səhubi Xudadatova bıçaqla xəsarət yetirib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi tədbirlərlə tutulub.
Faktla bağlı araşdırma işləri davam etdirilir.
