17:39

Ermənistan İstintaq Komitəsinin rəhbəri Nəsimi Musayevlə bağlı danışıb

Ermənistan İstintaq Komitəsinin rəhbəri Nəsimi Musayevlə bağlı danışıb

Lider.com.az istinadən bildirir ki, Ermənistanda saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayevin heç kimi qətlə yetirmək niyyəti olmamışdır.

Bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hərbçisi artıq dindirilib və ifadə verib, həmçinin duman səbəbindən istiqaməti səhv saldığı məlum olub. Poqosyan istintaq tədbirlərinin hələ də davam etdiyini əsas gətirərək, ifadənin qalan təfərrüatlarını söyləməkdən yayınıb.

Komitə sədri jurnalistlərə açıqlamasında hadisənin gedişatına toxunaraq bildirib ki, həmin şəxs piyada yolla azaraq həmin əraziyə gəlib, yaşayış evi görüb, pəncərəni qıraraq içəri girib, ac olduğu üçün özünə yemək bişirib və geyimini dəyişib. O əlavə edib ki, uşaqlar içəri daxil olarkən hərbçi onların telefonunu götürüb və əyləşməyə məcbur edib, lakin uşaqlara heç bir xəsarət yetirməyib.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycanın Laçın rayonu istiqamətindəki hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Rasim oğlu Nəsimi Musayevin itkin düşməsi barədə xəbərlər yayılmışdı. 2026-cı il sentyabrın 26-da onun xidməti mövqedə olmaması və yerinin naməlum qalması ilə əlaqədar axtarışlar başladılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri tədbirlər görülmüşdü. Hadisənin səbəblərini araşdırmaq üçün Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və nəticədə Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyənləşdirilmişdi. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

    Çox oxunanlar