21:25

Goranboyda minik maşını dərəyə yuvarlanıb, sərnişin ölüb

Goranboyda minik maşını dərəyə yuvarlanıb, sərnişin ölüb

Lider.com.az istinadən bildirir ki, Goranboy rayonunda ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Hadisə rayonun Todan kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Lada NİVA" markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində təqribən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza səbəbindən nəqliyyat vasitəsində oturan sərnişin R.Həsənəliyeva hadisə yerində həyatını itirib.

Dərhal hadisə yerinə polislər cəlb olunub, faktla əlaqədar araşdırmalara başlanılıb.

Xəbər lenti

    Çox oxunanlar