22:16

Gəncədə kişi xalasını döyərək qətlə yetirib

Gəncədə kişi xalasını döyərək qətlə yetirib

Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində ağır cinayət hadisəsi qeydə alınıb.

H. Z. Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü G. Əliyeva aldığı ağır zədələr nəticəsində dünyasını dəyişib.

İlkin istintaq zamanı məlum olub ki, ahıl qadın bacısının oğlu tərəfindən döyülüb və nəticədə ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov tutularaq istintaq orqanlarına təslim edilib.

Gəncə Şəhər Prokurorluğu tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

    Çox oxunanlar