
Lider.com.az istinadən bildirir ki, Xırdalan şəhərində azyaşlı qız evdən çıxaraq geri qayıtmayıb və onunla əlaqə kəsilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov media qurumunun sorğusuna verdiyi açıqlamada azyaşlının respublika səviyyəsində axtarışa verildiyini təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən itkin düşmüş uşağın tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
