
Lider.com.az istinadən bildirir ki, Türkiyənin Qaziantep şəhərində sosial şəbəkələrdə narkotik vasitələrin təbliğatını aparan 19 nəfər yaxalanıb.
Sözügedən tədbir Respublika Baş Prokurorluğunun və Qaziantep Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşlarının birgə səyi ilə həyata keçirilib.
Bu istiqamətdə aparılan yoxlamalar nəticəsində internetdə narkotiklərin istifadəsini təşviq edən materiallar yayan 19 nəfər nəzarətə götürülüb.
Gerçəkləşdirilən axtarış tədbirləri zamanı külli miqdarda narkotik maddə tapılaraq müsadirə olunub.
