09:26

Araz-Naxçıvan futzal komandası Çempionlar Liqasında növbəti oyununa çıxır

Araz-Naxçıvan futzal komandası Çempionlar Liqasında növbəti oyununa çıxır

Lider.com.az istinadən bildirir ki, futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhəsində mübarizə aparan "Araz-Naxçıvan" bu gün turnirdəki ikinci görüşünü keçirəcək.

Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanı təmsil edən "Buba Mara" kollektivi ilə münasibətləri aydınlaşdıracaq.

Görüş Polşanın Qlivise şəhərində yerləşən "Prezero Arena" kompleksində təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Mübarizəni Latviyadan İqor Yaçevic, Fransadan Viktor Çaix və San Marinodan Daniele Dadamodan ibarət hakimlər idarə edəcək. Qarşılaşmada vaxt hakimi qismində polşalı Dominik Lorke, hakim-inspektor qismində almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi qismində isə ukraynalı Marina Kirilyuk fəaliyyət göstərəcək.

Xatırladaq ki, V qrupda mübarizə aparan "Araz-Naxçıvan" ilk turda Macarıstanın "Uypeşt" klubunu 5:4 hesabı ilə üstələməyi bacarıb. Kollektiv qrupdakı sonuncu matçını oktyabrın 30-da meydan sahibi olan Polşanın "Piast" komandasına qarşı keçirəcək.

Xəbər lenti

    Çox oxunanlar