17:22

Uefa Gənclər Liqası: Qarabağın U-19 komandası Dinanoya məğlub olub

Uefa Gənclər Liqası: Qarabağın U-19 komandası Dinanoya məğlub olub

Lider.com.az istinadən bildirir ki, UEFA Gənclər Liqasında mübarizə aparan "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət heyəti uğursuzluqla üzləşib.

Baş məşqçi Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın eyni yaş qrupundan ibarət "Dinamo" klubu ilə qarşılaşıb.

"Azərsun Arena"da təşkil olunan II təsnifat mərhələsinin qarşılaşması Zaqreb təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Viktor Ani Çidioke matçın 45-ci dəqiqəsində penaltini qola çevirib.

Qonaqların oyunçusu Yona Benkotiç 54-cü dəqiqədə penaltidən yararlana bilməsə də, 67-ci dəqiqədə hesabı bərabərləşdirib, Roko Ban isə 90-cı dəqiqədə Zaqreb təmsilçisinə qələbə qazandıran topun müəllifi olub.

Xəbər lenti

    Çox oxunanlar