
Lider.com.az istinadən bildirir ki, Azərbaycanın çimərlik futbolu təmsilçisi "Marafon" İK "World Winners Cup Alanya 2026" yarışındakı dördüncü görüşündə də məğlubiyyətlə üzləşib.
F qrupunda mübarizə aparan yerli kollektiv Fransanın "Sevenne" klubu ilə bacarmayıb.
Görüş rəqibin 7:2 hesablı üstünlüyü ilə başa çatıb.
Xatırladaq ki, "Marafon" İK daha əvvəl qrup çərçivəsində baş tutan qarşılaşmalarda Çinin TMS komandasına 2:4, Ukraynanın "Sunrise" kollektivinə 6:8 və Bolqarıstanın "Spartak" təmsilçisinə penaltilər seriyasında 1:3 (əsas vaxtı 4:4 başa çatıb) hesabı ilə məğlub olmuşdu.
