19:25

Azərbaycanlı qadın cüdoçu Əbu-Dabidəki Böyük Dəbilqədə qızıl medal qazanıb

Azərbaycanlı qadın cüdoçu Əbu-Dabidəki Böyük Dəbilqədə qızıl medal qazanıb

Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan cüdo üzrə Böyük Dəbilqə yarışında Azərbaycan yığmasının idmançısı Könül Əliyeva misilsiz uğura imza atıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası açıqlama yayıb.

Qurumun məlumatına əsasən, 48 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək yarışın birincisi adını qazanıb və bununla da Böyük Dəbilqə turnirlərində çempionluq əldə edən ilk azərbaycanlı qadın cüdoçu kimi yadda qalıb.

Yarışa səkkizdəbir final mərhələsindən qatılan Əliyeva ilk olaraq Özbəkistan idmançısı Ulbusin Xakimovanı, daha sonra dörddəbir finalda niderlandlı Amber Gersyesi, yarımfinalda жа isə Fransa təmsilçisi Melani Lequ-Klemanı üstələyib.

Final görüşündə Türkiyə idmançısı Merve Azakla üz-üzə gələn Könül Əliyeva rəqibinə qalib gələrək qızıl medala layiq görülüb.

Həmçinin qeyd edilib ki, bu nailiyyət Könül Əliyevanın böyüklərin kateqoriyasında Dünya Cüdo Turu çərçivəsində əldə etdiyi ilk qızıl medaldır.

Xəbər lenti

    Çox oxunanlar