
Lider.com.az istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turu çərçivəsində "Ən-Nəsr" və "Əl-Xolud" kollektivləri üz-üzə gəliblər.
Paytaxt Ər-Riyad şəhərindəki "Əl-Əvvəl" arenasında baş tutan matç meydan sahiblərinin 5:3 hesablı üstünlüyü ilə başa çatıb.
Oyunun 16-cı dəqiqəsində səfər komandasının hücum xəttinin oyunçusu Jülyen Dominqes hesabdakı toxunulmazlığı pozub. Meydan sahiblərindən Qabriel Anjelo 24-cü dəqiqədə bərabərlik qolunu vurub. Matçın 38-ci dəqiqəsində Sadio Mane "Ən-Nəsr"i irəli çıxarıb. İlk hissəyə əlavə olunan dəqiqələrdə isə Loik Essomba tarazlığı yenidən bərpa edib.
Matçın ikinci yarısında "Ən-Nəsr"in portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu fərqlənməyi bacarıb. O, 66-cı dəqiqədə komandasının üçüncü topunu rəqib qapısından keçirib və bundan altı dəqiqə sonra dubla imza atıb. Hücumçu 81-ci dəqiqədə het-trikə imza ataraq hesabı 5:2 səviyyəsinə yüksəldib. Qeyd olunan qol həmçinin Ronaldunun peşəkar karyerasındakı ümumi qollarının sayını 985-ə çatdırıb.
Görüşün 90+4-cü dəqiqəsində Jülyen Dominqes matçda ikinci dəfə fərqlənərək fərqi daraltmağa müvəffəq olub, lakin bu nəticə "Əl-Xolud"u məğlubiyyətdən xilas edə bilməyib.
