
Lider.com.az istinadən bildirir ki, İordaniyanın paytaxtı Əmmanda təşkil olunan cüdo üzrə gənclər arasındakı Asiya Kubokunda Azərbaycan yığmasının bütün üzvləri fəxri kürsüyə qalxmağı bacarıblar.
Heyətimiz yarışdan ümumilikdə beş medalla – iki qızıl, iki gümüş və bir bürünc mükafatla ayrılıb.
Gülşən Hüseynova (48 kiloqram) ilə Ayan Əliyeva (63 kiloqram) qızıl medal qazanaraq yarışın çempionu adını alıblar. Gülgəz Musayeva (48 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) gümüş, Çinarə Sadıqova (52 kiloqram) isə bürünc mükafatçılar sırasında yer alıblar.
Qızların mübarizəsində birinci olan Azərbaycan millisi, ümumi komanda hesabında isə ikinci mövqedə qərarlaşıb.
Qeyd edək ki, beynəlxalq turnirdə on doqquz ölkəni təmsil edən yüz iyirmi bir cüdoçu mübarizə aparır.
