
Lider.com.az istinadən bildirir ki, Misli Premyer Liqasında X turun oyunları çərçivəsində Şamaxı şəhər stadionunda yerli eyniadlı kollektiv "Neftçi"ni qəbul edib.
Saat 15:00-da başlayan qarşılaşmanı FİFA referisi Tural Qurbanov idarə edib.
Gərgin və qollarla yadda qalan matçda paytaxt təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.
Şamaxı təmsilçisinin heyətində A. Şuaybu 24-cü, A. Bouali isə 64-cü dəqiqədə fərqləniblər.
Qonaqların qollarını isə matçın 15-ci dəqiqəsində Q. Klisman, 49-cu dəqiqəsində B. Almeyda və 75-ci dəqiqəsində A. Akeyemi vurublar.
Bu qələbə sayəsində xallarını 21-ə yüksəldən "ağ-qaralar" turnir cədvəlində yenidən lider mövqeyə çatıblar.
