19:21

Xankəndi şəhərində ilk dəfə cüdo üzrə rəsmi kəmər imtahanı təşkil olunub

Xankəndi şəhərində ilk dəfə cüdo üzrə rəsmi kəmər imtahanı təşkil olunub

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Xankəndi şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan baş tutub.

Sınaq prosesi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin binasında reallaşdırılıb və ümumilikdə 78 cüdoçunun iştirakı ilə keçib.

Pəhləvanlar yaş kateqoriyalarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, eləcə də göy kəmər dərəcələri istiqamətində öz bacarıqlarını nümayiş etdiriblər.

Sınaqları müvəffəqiyyətlə başa vuran idmançılara müvafiq sertifikatlar və kəmərlər təqdim edilib.

Xatırladaq ki, bu cür imtahanlar cüdoçuların texniki bilikləri daha hərtərəfli və sistemli şəkildə öyrənməsinə, həmçinin onların həvəsinin artmasına şərait yaradır.

Eyni zamanda, qeyd olunan mərhələ nüfuzlu daxili turnirlərə qatılmaq üçün əsas şərtlərdən biri kimi qiymətləndirilir.

Xəbər lenti

    Çox oxunanlar