21:26

Qarabağ ev oyunlarını yenidən Azersun Arenada oynayacaq

Qarabağ ev oyunlarını yenidən Azersun Arenada oynayacaq

Lider.com.az istinadən bildirir ki, Ağdamın "Qarabağ" futbol klubunun ev matçlarını qəbul etdiyi "Azersun Arena" stadionunun qazon örtüyü yenilənib.

Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Həyata keçirilən bərpa və təmir tədbirlərindən sonra Ağdam təmsilçisi öz ev qarşılaşmalarını yenidən məhz bu stadionda oynayacaq.

Kollektiv Misli Premyer Liqasının XI turu çərçivəsində "Turan Tovuz" klubu ilə matçını həmin arenada keçirəcək.

Bunun müqabilində isə "Qarabağ" komandasının cari mövsümün əvvəlki görüşlərini keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda da yenidənqurma və bərpa işlərinə başlanılacaq.

Xatırladaq ki, "Azersun Arena" əvvəlki mövsümün son mərhələsində təmir məqsədilə bağlanmışdı.

Xəbər lenti

    Çox oxunanlar