
Lider.com.az istinadən bildirir ki, qadın voleybolçulardan ibarət "Turan" kollektivi bu gün CEV Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Ölkə çempionumuz III təsnifat mərhələsi çərçivəsində səfərdə Bolqarıstan təmsilçisi "Maritsa"nın qonağı olacaq.
Plovdiv şəhərində baş tutacaq qarşılaşmanın start fit səsi Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.
Xatırladaq ki, kollektivlər arasında cavab matçı noyabrın 11-də təşkil olunacaq və "Turan" bundan əvvəlki II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubunu həm 3:0, həm də 3:2 hesabı ilə üstələməyi bacarıb.
