
Lider.com.az istinadən bildirir ki, Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqası çərçivəsində matç idarə etmək hüququ qazanıb.
Otuz doqquz yaşlı ədalət təmsilçisi İspaniyada təmsil olunan "Selta" ilə Belçikanın "Yunion" kollektivləri arasında baş tutacaq Liqa mərhələsinin dördüncü tur görüşünün baş hakimi olacaq.
Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər, matçın dördüncü hakim funksiyasını isə Rauf Cabarov yerinə yetirəcək.
Xatırladaq ki, "Selta" ilə "Yunion" arasındakı qarşılaşma noyabrın 5-dən 6-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
