
Lider.com.az istinadən bildirir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində "Fənərbaxça" növbəti matçını keçirib.
IV tur çərçivəsində baş tutan qarşılaşmada Türkiyə təmsilçisi öz meydanında İngiltərənin "Liverpul" kollektivini qəbul edib.
Matç ərzində iki dəfə geriyə düşməsinə baxmayaraq, İstanbul təmsilçisi əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişməyi bacarıb və 3:2 hesablı qələbə qazanıb.
Görüş noyabrın 4-də saat 21:45-də başlayıb və oyunu Fransa Futbol Federasiyasından Kleman Turpen idarə edib.
