00:30

UEFA Çempionlar Liqası: Vikinq - Sabah matçında hesab bərabərləşib

UEFA Çempionlar Liqası: Vikinq - Sabah matçında hesab bərabərləşib

Lider.com.az istinadən bildirir ki, Norveçdə "Vikinq" və "Sabah" kollektivləri arasındakı UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur qarşılaşmasında tarazlıq bərpa olunub.

Stavanger şəhərində baş tutan görüşdə meydan sahibləri rəqibin qolunun əvəzini çıxıblar.

Matçın 27-ci dəqiqəsində Erik Botheym dəqiq zərbə ilə fərqlənib.

Qeyd edək ki, qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir və daha əvvəl 11-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Orfe Mbina hesabı açmışdı.

Xəbər lenti

    Çox oxunanlar