08:37

Uefa Avropa Liqasında dördüncü turun oyunları keçiriləcək

Uefa Avropa Liqasında dördüncü turun oyunları keçiriləcək

Lider.com.az istinadən bildirir ki, bu gecə UEFA Avropa Liqasının liqa mərhələsində dördüncü turun görüşləri baş tutacaq.

Azarkeşlərin diqqət mərkəzində olacaq qarşılaşmalar çərçivəsində İtaliyanın "Milan" kollektivi öz meydanında Macarıstan təmsilçisi "Ferentsvaroş"u sınağa çəkəcək. İngiltərənin "Kristal Pelas" klubu Almaniya təmsilçisi "Hoffenhaym"ı qəbul edəcək, Türkiyənin "Beşiktaş" komandası isə səfərdə Şotlandiyanın "Seltik" klubu ilə üz-üzə gələcək.

Gecənin digər diqqətçəkən matçlarında "Yuventus" Niderlandda "AZ Alkmaar"ın, "Marsel" isə Almaniyada "Bayer Leverkuzen"in qonağı olacaq.

Turnirin təqviminə əsasən, noyabrın 5-də saat 21:45-də "Milan" (İtaliya) - "Ferentsvaroş" (Macarıstan), "Sparta Praqa" (Çexiya) - "Bornmut" (İngiltərə), "Kristal Pelas" (İngiltərə) - "Hoffenhaym" (Almaniya), "Lillestrem" (Norveç) - "Viktoriya Plzen" (Çexiya), "NEK Neymegen" (Niderland) - "Omoniya" (Kipr), "Levski" (Bolqarıstan) - "Yagelloniya" (Polşa), "Real Sosyedad" (İspaniya) - "Lion" (Fransa), "Anderlext" (Belçika) - "Zalsburq" (Avstriya) oyunları keçiriləcək.

Noyabrın 6-da saat 00:00-da isə "AZ Alkmaar" (Niderland) - "Yuventus" (İtaliya), "Bayer Leverkuzen" (Almaniya) - "Marsel" (Fransa), "Seltik" (Şotlandiya) - "Beşiktaş" (Türkiyə), "Hapoel Beer-Şeva" (İsrail) - "OFİ Krit" (Yunanıstan), "Selta Viqo" (İspaniya) - "Union" (Belçika), "Torrense" (Portuqaliya) - "Ararat" (Ermənistan), "Şturm Qraz" (Avstriya) - "Çelye" (Sloveniya), "Benfika" (Portuqaliya) - "Lex" (Polşa), həmçinin "Sanderlend" (İngiltərə) - "Dinamo Zaqreb" (Xorvatiya) qarşılaşmaları baş tutacaq.

Xəbər lenti

    Çox oxunanlar