09:39

"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab matçına çıxacaq

"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab matçına çıxacaq

Lider.com.az istinadən bildirir ki, qadın voleybolçulardan ibarət "DH Volley" kollektivi CEV Çelenc Kuboku çərçivəsində növbəti görüşünü keçirəcək.

Azərbaycan təmsilçisi bu gün turnirin 1/32 final mərhələsinin cavab matçında Danimarkanın "Holte IF" komandasını sınağa çəkəcək.

Oyun Fövqəladə Hallar Nazirliyinin paytaxtdakı idman zalında təşkil olunacaq və saat 18:00-da başlanacaq.

Xatırladaq ki, komandaların ilk qarşılaşması "DH Volley"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu cütlüyün qalibi növbəti mərhələdə Polşanın LKS klubu ilə üz-üzə gələcək.

Xəbər lenti

    Çox oxunanlar