
Lider.com.az istinadən bildirir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın rəqibi olan "Barselona" baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında cari mövsümdə çıxdığı 15 rəsmi görüşdə 60 dəfə rəqib qapısına yol taparaq son yüzilliyin ən yüksək məhsuldarlıq nəticəsini əldə edib.
Kataloniyalılar bu uğura Çempionlar Liqasının dördüncü turunda İngiltərənin "Aston Villa" kollektivini üç cavabsız qolla məğlub edərək imza atıblar.
Matçdakı qollardan birini Lamin Yamal, digər ikisini isə Rafinya rəqib qapısından keçiriblər.
Klub oxşar nəticəni sonuncu dəfə bir əsr əvvəl, 1926/1927 mövsümündə nümayiş etdirmişdi.
Həmin vaxt Cek Dombi və Roma Fornsun çalışdırdığı heyət ilk 15 rəsmi matçda 60-dan çox olmaqla 69 qol vurmuşdu.
Kataloniya təmsilçisi həmin dövrdə "Qrasiya"nı 10:2, "Sabadell"i 7:0, "Terrassa"nı isə 9:0 hesabı ilə üstələmişdi.
Xatırladaq ki, "Sabah" ilə "Barselona" arasındakı qarşılaşma noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
