14:07

Şirvan suvarma kanalı ilə yüz min hektardan artıq torpaq sahəsi suvarılacaq

Şirvan suvarma kanalı ilə yüz min hektardan artıq torpaq sahəsi suvarılacaq

Lider.com.az istinadən bildirir ki, Şirvan suvarma kanalı vasitəsilə yüz min hektardan artıq yeni əkin sahəsinin dövriyyəyə daxil edilməsi nəzərdə tutulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev mətbuat nümayəndələrinə açıqlamasında bu barədə məlumat verib.

Onun sözlərinə görə, həmin ərazilərdə təsərrüfatçılara innovativ suvarma texnologiyalarından istifadə etmək tövsiyə olunur: "Çünki bu üsulun tətbiq edildiyi sahələrdə digərləri ilə müqayisədə iki dəfədən artıq məhsul götürülür və azı qırx-əlli faiz su qənaəti əldə olunur".

A.Quliyev diqqətə çatdırıb ki, hazırda respublikada bir milyon yarım hektar torpaq sahəsi suvarılır və kənd təsərrüfatı məhsullarının doxsan faizi məhz bu torpaqlardan əldə edilir.

Əkinçilərə taxıl zəmiləri biçildikdən beş-on gün sonra şumçuluq tədbirləri görmək məsləhət görülür.

Bu qayda təkcə taxılçılığa deyil, həm də digər bitkiçilik növlərinə aid edilir.

Bununla yanaşı, sahələrdə relyefin hamarlanması zəruri şərtdir.

Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisinə xüsusi lazerli hamarlama texnikaları idxal edib və bu avadanlıqlar fermerlər üçün son dərəcə əlverişlidir.

Həmin texnologiyanın istifadəsi zamanı əlavə su itkiləri baş vermir, bütün tarlalar bərabər proporsional nisbətdə suvarma suyu ilə təmin olunur və bu da məhsuldarlığın yüksəlməsində müsbət nəticəsini verir.

Xəbər lenti

    Çox oxunanlar