15:34

AKTA rəsmisi: BOKT-larda kibertəhlükəsizlik üçün büdcə və kadr çatışmazlığı var

AKTA rəsmisi: BOKT-larda kibertəhlükəsizlik üçün büdcə və kadr çatışmazlığı var

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın bank olmayan kredit təşkilatlarında kibertəhlükəsizliyin qorunması məqsədilə kifayət qədər maliyyə vəsaiti və ixtisaslı kadrlar yoxdur.

Bu barədə Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov məlumat verib.

Onun sözlərinə görə, bu sektorda rəqəmsallaşma səviyyəsi digər maliyyə sahələri ilə müqayisədə aşağı olduğundan kiberhücumların sayı azdır, lakin belə hallar baş verərsə çətinliklərlə üzləşmək qaçılmazdır.

Azərbaycan Mərkəzi Bankının bu istiqamətdə tənzimləyici tələb müəyyənləşdirdiyini xatırladan assosiasiya rəhbəri bildirib ki, həmin qaydalar mikromaliyyə institutlarının müəyyən tələblərə riayət etməsini nəzərdə tutur.

Bu prosesdə şirkətlər və mütəxəssislər auditlərlə yanaşı, boşluqların təhlilini həyata keçirir və informasiya təhlükəsizliyi sistemlərinin yaradılması ilə məşğul olurlar.

Apardıqları sorğu nəticəsində dörd fərdi şəxsin cavabları əsasən 10-dan artıq mikromaliyyə təşkilatında audit həyata keçirildiyi müəyyənləşib və bu da sektorun təxminən 20 faizini əhatə edir.

Əsas əngəllərdən biri maliyyə imkanlarının məhdudluğu ilə bağlıdır və təqdimata hazırlaşarkən hər yerdə büdcə məhdudiyyətləri ilə rastlaşıblar.

Digər çətinlik isə qurumların daxilində peşəkar mütəxəssislərin tapılmamasıdır ki, bu problemi kənar məsləhətçilərin cəlb edilməsi vasitəsilə aradan qaldırmaq mümkündür.

Bir çox mikromaliyyə təşkilatlarında kibertəhlükəsizlik şöbəsinin mövcud olmadığını və bu sahəyə cavabdeh şəxsin təyin edilmədiyini deyən Rauf Cabarov vurğulayıb ki, rəhbərliyin də bu məsələyə aşağı prioritet verdiyi müşahidə olunur.

Əgər tənzimləyici qurumun tələbi olmasaydı, mikromaliyyə təşkilatlarının kibertəhlükəsizlik məsələsinə ümumiyyətlə diqqət yetirməyəcəklərini qeyd edən sədr əlavə edib ki, məhz Mərkəzi Bankın tələbi sayəsində qurumlar bu istiqamətə maraq göstərməyə məcbur qalıblar.

Xəbər lenti

    Çox oxunanlar