10:12

Azərbaycan valyuta bazarında təklif tələbi üstələyib

Azərbaycan valyuta bazarında təklif tələbi üstələyib

Lider.com.az istinadən bildirir ki, cari ilin ötən dövründə ölkənin valyuta bazarında təklif tələbi nəzərəçarpacaq dərəcədə üstələyib və bu tendensiya həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.

Mərkəzi Bankdan verilən açıqlamaya əsasən, 2026-cı ilin doqquz ayı ərzində mübadilə məntəqələri tərəfindən vətəndaşlardan alınan nağd xarici valyutanın həcmi satışı 759 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son bir ildə 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabr ayında 25,7 faizə enib.

Valyuta bazarında tələbin əhəmiyyətli dərəcədə azaldığı və təklifin artdığı mühitdə Mərkəzi Bank tərəfindən valyuta alışları icra olunub. Doqquz ay ərzində qurumun valyuta ehtiyatları 33,4 faiz çoxalaraq 15,4 milyard ABŞ dollarına çatıb.

Xəbər lenti

    Çox oxunanlar