17:37

Azərbaycan-Gürcüstan komissiyasının iclasında müzakirə olunacaq mövzular bəlli olub

Azərbaycan-Gürcüstan komissiyasının iclasında müzakirə olunacaq mövzular bəlli olub

Lider.com.az istinadən bildirir ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sabah baş tutacaq 11-ci iclasında ticarət-iqtisadi əlaqələrə dair əsas məqamlar nəzərdən keçiriləcək.

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili qeyd edib ki, yığıncaqda ticarət, investisiya, nəqliyyat, energetika və digər istiqamətlərdə tərəfdaşlıq kimi mühüm məsələlər gündəmdə olacaq.

O vurğulayıb ki, tərəflər eyni zamanda iki ölkənin birgə fəaliyyətinin həlledici əhəmiyyət daşıdığı regional layihələr, xüsusilə də Orta Dəhliz ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

    Çox oxunanlar