
Lider.com.az istinadən bildirir ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin marşrutu istiqamətində yeni qatar işə düşəcək.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilən açıqlamaya əsasən, hərəkətə başlayacaq yeni qatarda biznes, standard və standard+ kateqoriyalı vaqonlar mövcud olacaq.
Bu yeniliyin tətbiqi sayəsində Bakı ilə Tbilisi arasında həyata keçirilən gündəlik reyslərin ümumi sayı ikidən dördə yüksəldiləcək.
