
Lider.com.az istinadən bildirir ki, "Comex" birjasında dekabr ayında tədarük olunacaq qızıl füçerslərinin dəyəri bir trua unsiyası üçün 3 900 ABŞ dollarından aşağı enib.
Birja ticarətinin göstəricilərinə əsasən, Bakı vaxtı ilə saat 21:08-də qiymətlər 3.27 faiz azalaraq bir trua unsiyası üçün 3 899.60 dollara bərabər olub.
Daha sonra, saat 21:13-də qiymət düşüşü sürətlənib və göstərici 3.3 faiz ucuzlaşaraq 3 898.4 dollara çatıb.
Qeyd olunan eniş 2025-ci il noyabrın 3-dən bu yana qeydə alınan minimum qiymət səviyyəsidir.
