
Lider.com.az istinadən bildirir ki, beynəlxalq bazarlarda "Azeri Light" markalı Azərbaycan neftinin dəyərində bahalaşma qeydə alınıb.
Bazar göstəricilərinə əsasən, yerli xam neftimizin bir barelinin qiyməti 3,88 dollar və ya 3,17 faiz yüksələrək 126,16 ABŞ dollarına çatıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan neftinin 1 bareli 122,28 ABŞ dollarına satılırdı.
Bildirək ki, ölkənin cari ilin dövlət büdcəsində "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
