
Lider.com.az istinadən bildirir ki, "ICE London" qitələrarası birjasında aparılan ticarət prosesində “Brent” markalı xam neftin dekabr ixrac müqaviləsinin qiyməti 2,37 faiz bahalaşaraq 113,43 ABŞ dollarına çatıb.
Bununla yanaşı, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında noyabr ayı üzrə çatdırılmalı olan "WTI" markalı neftin bir barelinin dəyəri də 2,08 faiz artım göstərərək 104,12 ABŞ dolları təşkil edib.
