14:53

Azərbaycan neftinin həftəlik qiymət göstəriciləri açıqlanıb

Azərbaycan neftinin həftəlik qiymət göstəriciləri açıqlanıb

Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-dan 30-dək olan dövr ərzində “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan) və “Urals” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb, “Dated Brent” markalı neftin orta dəyəri isə azalıb.

Neft bazarındakı iştirakçıların məlumatları əsasında aparılan hesablamalara əsasən, “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan “Azeri Light” markalı xam neftin CIF üzrə orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,5 dollar və ya 2,9 faiz çoxalaraq bir barel üçün 124,79 dollar olub.

Sözügedən həftə ərzində bu markalı xam neftin bir barelinin yuxarı qiyməti 127,60 dollar, aşağı qiyməti isə 122,28 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanı üzrə FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta dəyəri əvvəlki həftənin göstəricisinə nəzərən 4,05 dollar və ya 3,7 faiz artaraq bir barel üçün 114,5 dollar səviyyəsində qərarlaşıb.

Həmin müddətdə bu növ neftin maksimal qiyməti 116,48 dollar, minimal qiyməti isə 112,12 dollar olaraq qeydə alınıb.

“Urals” markalı neftin orta qiyməti ötən həftə əvvəlki həftə ilə müqayisədə 2,26 dollar və ya 2,5 faiz yüksələrək bir barel üçün 91,71 dollara bərabər olub.

Həftə ərzində həmin markalı neftin bir barelinin maksimal qiyməti 95,83 dollar, minimal qiyməti isə 88,35 dollar təşkil edib.

Bununla yanaşı, “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,59 dollar və ya 0,5 faiz enərək bir barel üçün 120,34 dollar olub.

Qeyd edilən dövrdə bu neftin bir barelinin maksimal qiyməti 127,97 dollar, minimal qiyməti isə 114,82 dollar olub.

Xəbər lenti

    Çox oxunanlar