17:40

Azərbaycanda ayaqqabı istehsalı əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda ayaqqabı istehsalı əhəmiyyətli dərəcədə artıb

Lider.com.az istinadən bildirir ki, respublikamızda cari ilin ilk doqquz ayı ərzində ümumilikdə 1 milyon 93,6 min cüt ayaqqabı istehsal olunub.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 58,3 faiz çoxdur.

Oktyabr ayının 1 tarixinə olan vəziyyətə görə isə respublika daxilində 90,4 min cüt hazır məhsul ehtiyatı mövcud olub.

Xatırladaq ki, 2025-ci ərzində ölkədə 1 milyon 79 min cüt ayaqqabı istehsal edilmişdi ki, bu da 2024-cü illə müqayisədə 0,7 faiz az deməkdir.

Xəbər lenti

    Çox oxunanlar