
Lider.com.az istinadən bildirir ki, Binance kriptovalyuta birjası müəyyən aktivlər üzrə vəsaitlərin nağdlaşdırılması və çıxarılması əməliyyatlarını yenidən işə salıb.
Bu yenilik barədə məlumat rəsmi Telegram kanalında dərc olunub.
Açıqlamaya əsasən, hazırda müxtəlif şəbəkələr, o cümlədən BTC, ETH, USDT, USDC, BNB, XRP, DOGE, ARB və TRX kimi aktivlər üzrə köçürmələr bərpa edilib.
Bununla yanaşı, təhlükəsizlik tədbirləri tamamlandıqca platforma tərəfindən digər aktivlər və şəbəkələr üzrə dəstəyin də mərhələli şəkildə bərpa olunacağı diqqətə çatdırılıb.
