14:11

Socar istiqrazlarının ikinci buraxılışı üzrə son faiz ödənişi baş tutub

Socar istiqrazlarının ikinci buraxılışı üzrə son faiz ödənişi baş tutub

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə dövriyyəyə buraxdığı istiqrazlar üzrə sayca 20-ci, eyni zamanda sonuncu faiz ödənişi həyata keçirilib.

“SOCAR Capital” tərəfindən verilən açıqlamaya əsasən, qiymətli kağız sahiblərinin balansına ümumi məbləği 1 milyon 125 min ABŞ dolları olan vəsait köçürülüb.

Bununla da beşillik dövr ərzində həmin buraxılış çərçivəsində səhmdarlara verilən faizlərin ümumi həcmi 22,5 milyon ABŞ dollarına çatıb. İstiqrazların tədavül müddəti başa çatdığı səbəbindən investorların qoyduğu 100 milyon ABŞ dolları əsas vəsait də tam şəkildə geri ödənilib.

Xatırladaq ki, 2021-ci il noyabrın 1-də bazara çıxarılan istiqrazların illik gəlirlik dərəcəsi 4,5 faiz təşkil edirdi və faizlər hər üç aydan bir ödənilirdi.

İlkin abunəlik prosesində bu qiymətli kağızlara 380 milyon 413 min ABŞ dolları həcmində maraq qeydə alınıb ki, bu da buraxılış həcmini təxminən 3,8 dəfə üstələyib.

Sözügedən istiqrazların təkrar bazardakı alqı-satqı dövriyyəsi 85,4 milyon ABŞ dolları olub və ümumilikdə 2 025 əqd icra edilib. Həmçinin, bu istiqrazlar vasitəsilə 1 milyon 900 min ABŞ dolları dəyərində 24 repo əməliyyatı reallaşdırılıb.

Qeyd edək ki, SOCAR İstiqrazları ölkənin korporativ qiymətli kağızlar bazarının 25 faizinə sahibdir. Qurum 2016, 2021 və 2025-ci illərdə ümumilikdə 400 milyon ABŞ dolları dəyərində üç dəfə istiqraz buraxılışı gerçəkləşdirib.

Yerli kapital bazarlarının inkişafına on ildən artıqdır dəstək verən və investorlar tərəfindən yüksək maraqla qarşılanan SOCAR İstiqrazlarının təkrar bazardakı dövriyyəsi 360 milyon ABŞ dollarına çatıb, ümumilikdə isə 6 000-dən çox əqd qeydə alınılıb.

Son ödənişlə birlikdə şirkətin istiqrazlarının bütün buraxılışları üzrə investorlara ümumilikdə 65,5 milyon ABŞ dolları məbləğində faiz ödənilib.

“Yaşıl” SOCAR İstiqrazları isə 2030-cu ilə qədər tədavüldə qalmağa davam edəcək. Həmin istiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, habelə respublikada rəsmi fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.

SOCAR investorlara göstərdikləri yüksək etimad və böyük maraq üçün minnətdarlığını bildirir.

Xəbər lenti

    Çox oxunanlar