
Lider.com.az istinadən bildirir ki, cari ilin oktyabr ayında ölkəmizin sosial media bazarının bütün platformalarında (personal kompüterlər, mobil cihazlar və planşetlər üzrə) "YouTube" 40,49 % bazar payına sahib olub.
Statistika agentliyinin məlumatına əsasən, bu göstərici sentyabr ayı ilə müqayisədə 18,93 faiz bəndi, keçən ilin oktyabr ayı ilə müqayisədə isə 20 faiz bəndi çoxdur.
Reytinqdə ikinci sırada qərarlaşan "Facebook"un payı aylıq miqyasda 10,31 faiz bəndi və ya 28 faiz, illik müqayisədə isə 1,38 faiz bəndi azalaraq 26,95 %-ə enib.
Üçüncü mövqedə yer alan "X" platformasının bazar payı bir ay ərzində 0,9 faiz bəndi azalıb, illik əsasda isə 4,88 faiz bəndi artaraq 10,12 % təşkil edib.
Dördüncü pilləni tutan "Instagram"ın bazar payı aylıq 5,02 faiz bəndi, illik müqayisədə isə 28,47 faiz bəndi geriləyərək 7,3 % olub.
İlk beşliyi 6,38 % bazar payı ilə "Pinterest" tamamlayır ki, bu sosial şəbəkənin də göstəricisi aylıq 1,31 faiz bəndi, illik isə 1,38 faiz bəndi azalıb.
