
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankı "Mobile Payment Solutions" məhdud məsuliyyətli cəmiyyətinə məcburi xarakterli göstərişlər təqdim edib.
Qurum tərəfindən aparılan yerində yoxlamalar zamanı həmin elektron pul təşkilatının fəaliyyətində bir sıra normativ hüquqi aktların və qanunvericilik tələblərinin pozulduğu müəyyənləşdirilib.
Bununla əlaqədar olaraq, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci və "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü maddələrinə əsaslanaraq, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sözügedən təşkilata icrası məcburi olan göstərişlər verilib.
