16:24

Azərbaycan Biznesinin İnkişafı Fondu kredit portfelinin həddini təsdiqləyib

Azərbaycan Biznesinin İnkişafı Fondu kredit portfelinin həddini təsdiqləyib

Lider.com.az istinadən bildirir ki, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin həyata keçirdiyi zəmanət mexanizmi əsasında sahibkarlara təqdim olunacaq kreditlər üzrə ümumi portfelin həcmini, eləcə də dövlət zəmanəti ilə təmin olunacaq vəsaitin yuxarı həddini təsdiqləyib.

Baş nazir Əli Əsədov bu barədə yeni sərəncama imza atıb.

Qərarla müəyyənləşən şərtlərə əsasən, Bakı, Abşeron və işğaldan azad olunan torpaqlar xaric olmaqla, digər bölgələrdə fəaliyyət göstərən iş adamlarına pilot layihə qismində 2030-cu il dekabr ayının 31-dək tətbiq ediləcək ümumi kredit portfeli 500 milyon manat məbləğində nəzərdə tutulub; həmin portfel üzrə dövlət zəmanətinin yuxarı həddi isə 250 milyon manat təşkil edir.

Sənəddən irəli gələn müvafiq vəzifələrin icrası Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Qəbul edilən sərəncam qüvvəyə minmişdir.

Xəbər lenti

    Çox oxunanlar