16:52

Dünya bazarında qızılın üçüncü rübdəki orta qiyməti açıqlanıb

Dünya bazarında qızılın üçüncü rübdəki orta qiyməti açıqlanıb

Lider.com.az istinadən bildirir ki, London Qiymətli Metallar Bazarı Assosiasiyasının PM Gold Price fiksinqi göstəricilərinə əsasən, cari ilin üçüncü rübündə qızılın bir troya unsiyasının orta dəyəri 4 262 ABŞ dollarına bərabər olub.

Dünya Qızıl Şurasının hazırladığı hesabatda bu rəqəmin mövcud tarixdə qeydə alınan ən yüksək üç rüblük orta qiymətdən biri olduğu vurğulanıb və əvvəlki illə müqayisədə dəyərin 23 faiz yüksəldiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, sənəddə qızıl yataqlarında hasilat həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxalaraq 1 071 tona bərabər olduğu və bunun da üçüncü rüblər üzrə tarixi rekord olduğu qeyd edilib.

Xəbər lenti

    Çox oxunanlar