07:34

Qızılın bir unsinyası 4 100 dolları ötüb

Qızılın bir unsinyası 4 100 dolları ötüb

Lider.com.az istinadən bildirir ki, COMEX birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri oktyabrın 22-dən bu yana ilk dəfə olaraq bir troya unsiyası üçün 4 100 dollar səviyyəsini ötüb.

Sözügedən məlumat ticarət platformasının göstəricilərində əksini tapıb.

Bakı vaxtı ilə saat 04:30 radələrində qızıl fyuçersləri 4,16 faiz bahalaşaraq bir troya unsiyası üçün 4 104,4 dollara bərabər olub.

Saat 05:00-a yaxın isə qiymət artımının sürəti bir qədər səngiyərək 4,06 faiz təşkil edib və bu zaman qiymətli metalın bir troya unsiyası üzrə fyuçerslərinin qiyməti 4 100,2 dollar qeydə alınıb.

Xəbər lenti

    Çox oxunanlar