
Lider.com.az istinadən bildirir ki, qlobal bazarda “Azeri Light” markalı neftin dəyərində əhəmiyyətli ucuzlaşma qeydə alınıb və göstərici 107 dollardan aşağı enib.
Birbarellik Azərbaycan xam neftinin qiyməti 6,64 ABŞ dolları, başqa sözlə 5,85 faiz ucuzlaşaraq 106,81 dollara bərabər olub.
Xatırladaq ki, əvvəlki ticarət sessiyasında yerli neftimiz 113,45 ABŞ dollarından satılmışdı.
Onu da qeyd etmək lazımdır ki, ölkənin 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.
