19:27

Xalq artisti Zaur Rzayev dünyasını dəyişib

Xalq artisti Zaur Rzayev dünyasını dəyişib

Lider.com.az istinadən bildirir ki, tanınmış müğənni, Xalq artisti Zaur Rzayev vəfat edib.

Sənətkar elə bu gün müalicə gördüyü Mərkəzi Neftçilər Xəstəxanasında həyatını itirib.

Bu xəbəri mərhumun oğlu, Əməkdar artist Azər Rzayev təsdiqləyib.

Xatırladaq ki, Zaur Rzayev 1952-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

O, təhsil həyatına Hacıqabulda başlasa da, sonradan Bakı Kitabxanaçılıq Texnikumunda və Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsilini davam etdirib.

1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfinə qəbul olunub.

Zaur Rzayevə 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adları verilib.

O, 1994-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışıb.

Xəbər lenti

    Çox oxunanlar